Slot italiyalı futbolçunu təriflədi

“Liverpul”un baş məşqçisi Arne Slot Liqa kubokunun 1/4 final mərhələsində “Sauthempton”la matçda (2:1) iştirak edən komandanın italyalı futbolçusu Federiko Kyeza haqda danışıb.

Komanda.az Meraisayd klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Kyezada gördüklərinin xoşuna gəldiyini bildirib:

“Bir oyunçu beş və ya altı ay oynamayanda çox şey gözləmək olmaz. Amma onda gördüklərim xoşuma gəldi. Mən bəzi gözəl anlar görmüşəm. Kyezanın daha yaxşısını edə biləcəyini düşündüyüm vəziyyətlər oldu, amma bu, tamamilə normaldır. O, çox vaxt əldən verdi, onu yenidən formaya salmaq asan deyil. Amma onun “Sauthempton”la matçda özünün ən yaxşı tərəfini göstərməsi xoşdur”.

Kyeza yayda “Yuventus”dan “Liverpul”a keçib.

Arne Slotun komandası 15 turdan sonra 36 xalla İngiltərə Premyer Liqasına başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button