
“Bizdə çoxlu yaxşı oyunçular var” – “Qarabağ”ın rəqibinin baş məşqçisi
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un baş məşqçisi Arne Slot turnir çərçivəsində bu gün səfərdə “Ayntraxt”la (Frankfurt) baş tutacaq qarşılaşma öncəsi komandası haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Rotasiyaya gəlincə, insanlar bunu oyun vaxtı çatışmayan oyunçulara yaxşılıq kimi görürlər. Amma mən dəfələrlə demişəm ki, bizdə çoxlu yaxşı oyunçular var, ona görə də hamıya arxalana bilərəm. Buna görə də, 55-ci dəqiqədə, 0:1 hesabı ilə uduzduğumuz vaxtda “Mançester Yunayted”ə qarşı üç əvəzetmə etdik. Bizim vəziyyətimizdə rotasiya o deməkdir ki, bizdə çox güclü oyunçular var”.
“Qırmızılar” bu mövsüm ən yaxşı formada deyil, son 4 oyunda 4 məğlubiyyət yaşayıblar.
Bizi Facebook-da izləyin



