Slot ondan razıdır

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın vingeri Federiko Kyezanın çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, Kyezanın meydana çıxanda təsirini görməyin çox xoş olduğunu bildirib:

“Meydana çıxanda Kyezanın oyuna təsirini görmək çox xoş idi. Bütün bu oyunçuların hazır olduğunu görmək xoşdur. Kyeza Məhəmməd Salahla rəqabət aparır. Bu, onun işini çətinləşdirir, ancaq biz ona güvənə bilərik”.

27 yaşlı italiyalı futbolçu bu mövsüm bütün turnirlərdə 11 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button