
Slot Kyeza ilə bağlı qərar verəcək – Bu gün
“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının “Bolonya” ilə matçını (2:0) buraxan yarımmüdafiəçi Federiko Kyezanın vəziyyətini şərh edib.
Komanda.az xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında Kyezanın son iki gündə məşq etmədiyini bildirib:
“Gözləyib görməliyik, o, son iki gündə məşq etməyib. Bu gün yoxlayacağıq. Məşq etsə, o zaman qərar verməli olacam. Mən yalnız 20 nəfər seçə bilərəm.
Beləliklə, əvvəlcə onun məşq edə biləcəyinə baxacağıq. Bacarsa, matçda iştirakla bağlı qərar verəcəyik”.
“Liverpul” Premyer Liqa çərçivəsində oktyabrın 5-də səfərdə “Kristal Pelas”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin