Kyeza icarəyə veriləcək? – Açıqlama
“Liverpul”un baş məşqçisi Arne Slot komandasının italiyalı futbolçusu Federiko Kyeza haqda danışıb.
Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Kyezanın ilk növbədə formaya düşməli olduğunu bildirib:
“Yanvarda icarəyə verilir? Bu barədə heç düşünmürdüm. İlk növbədə o, formaya düşməlidir, bundan sonra görəcəyik ki, nə olacaq. O, “Liverpul”da mövsümöncəsi məşqlərdə iştirak etməyib, “Yuventus”da isə ümumi qrupdan ayrı məşq edib. Bundan əlavə, belə yüksək intensivliklə liqaya keçmək heç bir oyunçu üçün asan deyil. Biz bunu başa düşdük və bilirdik ki, Federikonun daha yaxşı formada olması üçün “açar”ı tapmalıyıq. Hələ mükəmməl deyil, ona görə də, onu çox yükləmədən inkişaf etdirməyin yolunu tapmağa çalışırıq. Əminəm ki, biz uğur qazanacağıq”.
27 yaşlı futbolçu Mersisayd klubuna yayda “Yuventus”dan keçib və bu mövsüm hələ meydana çıxmayıb.
Bizi Facebook-da izləyin