
Slot imtina etdi – “Liverpul” satışa çıxardı
“Liverpul” son 20 ildə klubun bütün baş məşqçilərinin yaşadığı evi satışa çıxarıb.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, komandanın hazırkı çalışdırıcısı Arne Slot villanı çox dəbdəbəli hesab edib və orada yaşamaqdan imtina edib.
Malikanə bazarda 4 milyon funt-sterlinqədir. Evi ilk dəfə 2005-ci ildə Stiven Cerrard alıb, 2014-cü ildə isə Brendan Rocersə satılıb. O, işdən çıxarıldıqdan sonra da bir müddət mülkə sahib olub, lakin 2019-cu ildə onu yenidən “Liverpul”a satıb.
Arne Slot və həyat yoldaşı Miriam yaşamaq üçün başqa yer seçiblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin