“Slot ilk gündən əla işləyir”

“Liverpul”un hücumçusu Luis Dias komandanın baş məşqçisi Arne Slot haqda fikirlərini bildirib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, niderlandlı mütəxəssisin yaxşı məşqçi olduğunu deyib:

“Slot ilk gündən əla işləyir. Biz əla münasibət qurmuşuq. Bu mütəxəssis təkmilləşdirilməsi lazım olan detallara çox diqqətlidir. O, həm də, yaxşı çıxış edərsə, oyunçunu həmişə tərifləyəcək”.

Slot bu ilin yayında “Liverpul”un baş məşqçisi vəzifəsinə keçib və komandanın “sükanı arxasında” almaniyalı mütəxəssis Yurgen Kloppu əvəzləyib.

“Liverpul” İngiltərə çempionatının beş turundan sonra 12 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button