
“Qarabağ”ın rəqibi eyni anda niyə iki hücumçu alıb?
“Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqiblərindən olan “Liverpul”un baş məşqçisi Arne Slot klubun niyə eyni anda iki hücumçu – Huqo Ekitike və Aleksander İsakla müqavilə imzaladığını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərara portuqaliyalı hücumçu Dioqo Jotanın ölümünün təsir etdiyini söyləyib:
“Biz hücumumuzu iki “9 nömrə” ilə gücləndirdik. Jotanın faciəsindən sonra məlum oldu ki, bir hücumçu kifayət etməyəcək”.
“Qırmızılar” Ekitike üçün “Ayntraxt”a 95 milyon, İsak üçün isə “Nyukasl”a 145 milyon avro ödəyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



