Slot: “Trent kimi oyunçular özlərini ən çox ehtiyac duyulduğu anda göstərir”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 33-cü turunun “Lester”lə oyununda (1:0) Trent Aleksander-Arnoldun qələbə qolundan danışıb. O, 76-cı dəqiqədə fərqlənib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı böyük oyunçuların karyeralarında belə anları sevdiklərini bildirib:

“Düşünürəm ki, bu, təkcə onun üçün deyil, hər kəs, “Liverpul”u sevən hamı üçün bir məna kəsb edirdi. Bu, əla bir andır və böyük oyunçular karyeralarında belə anları sevirlər. Vircil van Dayk keçən həftə belə bir an yaşadı, Məhəmməd Salah artıq bu mövsüm onlardan çoxunu keçirib.

Trent kimi oyunçular özlərini ən çox ehtiyac duyulduğu anda göstərir. O, “Nyukasl”la oyuna girəndə bunu etdi, PSJ-yə qarşı ikinci hissədə bacardı. Mən sadəcə onun qol vurmasını gözləyirdim, amma zədələndikdən sonra meydandan çıxmaq məcburiyyətində qaldı. İndi isə geri qayıdıb və öz anını yaşadı. Hər şey yaxşıdır, amma hələ qabaqda çox işimiz var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button