Slot futbolçuları enerjili saxlamasının “sirr”ini açdı

“Liverpul”un baş məşqçisi Arne Slot oyunçularını necə enerjili, güclü saxladığını açıqlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis komandada başqa futbolçulara oynamaq şansı verə bilmədiyi üçün məyus olduğunu deyib:

“Mən inanıram ki, bu futbolçular göstərdikləri kimi, 15 gün ərzində beş oyun oynaya bilərlər, amma düz 10 ay bunu edə bilməzlər. Ona görə də, arabir fasilə verməlidirlər.

Həftə sonu oynamayacağımız üçün bir az məyus oldum. Çünki Məhəmməd Salah oynamazdı, Vircil van Dayk oynamazdı, lakin Harvi Elliott, Quanşah, Federiko Kyeza və digərləri üçün mükəmməl bir an olardı. Təəssüf ki, biz kənarda qaldıq. Lakin bu həm də o deməkdir ki, oyunçular vaxtaşırı iki gün istirahət edirlər və sonra şənbə günündən etibarən bütün diqqətimizi PSJ ilə matça yönəldəcəyik”.

“Liverpul” martın 5-də, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə PSJ ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button