
Slot: “Everton” öz oyun tərzinə görə çox, çox çətin komandadır”
“Liverpul”un baş məşqçisi Arne Slot “Everton”u oyun tərzinə görə çox çətin komanda kimi təsvir edib.
Premyer Liqanın 30-cu turunda mersisaydlılar dünən həmyerlilərinə 1:0 hesabı ilə, çətinliklə qalib gəliblər.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis “Everton”un öz oyun tərzinə görə çox çətin komanda olduğunu bildirib:
“Everton” öz oyun tərzinə görə çox, çox çətin komandadır. Onlara qarşı oynamaq çətindir. “Everton”da zərbələri dəf etməkdə yaxşı oyunçular var”.
Oyunda yeganə qolu 57-ci dəqiqədə Dioqo Jota vurub. Ən yaxın izləyicisi “Arsenal”ı 12 xal qabaqlayan “Liverpul” 73 xalla turnir cədvəlinə başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



