
“Baxın, Dembele indi necə oynayır!”
“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunu öncəsi PSJ-nin gücündən danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, Luis Enrikenin son il yarım ərzində PSJ-də əla iş gördüyünü bildirib:
“Luis Enrike son il yarım ərzində PSJ-də əla iş görüb. Mən ondan bu barədə soruşmadım, amma məncə, o, əldə etdiyi nailiyyətlərdən razıdır. Həm də, bu, təkcə komandanın nəticələrinə deyil, oyunçuların tərəqqisinə də aiddir. Baxın, Osman Dembele indi necə oynayır! Bu, təsiredicidir. PSJ keçən mövsüm Çempionlar Liqasının yarımfinalında oynayıb və düşünürəm ki, bu komanda keçən ilkindən mütləq daha yaxşıdır”.
Bu gün baş tutacaq PSJ – “Liverpul” matçı “Park de Princes”də keçiriləcək.
Bizi Facebook-da izləyin



