Slot: “Çempionlar Liqasının formatı qəribədir”

“Liverpul”un baş məşqçisi Arne Slot ümumi turnir cədvəlinə başçılıq edən komandası ilə (6 oyundan sonra 18 xal) bağlı sualı cavablandırarkən UEFA Çempionlar Liqasının formatını qəribə adlandırıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı yeni formatın qəribə olduğunu deyib:

“Mən turnir cədvəlinə o baxımdan baxmıram ki, hansısa komanda ilə oynamaq bizim üçün daha asan olacaq, çünki birinciyik. Çempionlar Liqasının qəribə formatına görə, bunun sizin üçün asan olacağını demək sadəcə mümkün deyil. “Qəribə” sözü ilə mənfi bir şey nəzərdə tutmuram, amma format qəribədir! Birinci yerdə olmağımız ümumi mərhələdə ən yaxşı komanda olduğumuzu sübut etməyə bilər. 24-cü yerdə olan komanda mütləq 24-cü ən güclü deyil”.

“Liverpul” bu gün Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turu çərçivəsində “Lill”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button