Slot: “Biz çox səhv etmirik”

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 31-ci turunun “Fulhem”lə matçı (2:3) barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı çox səhv etmədiklərini bildirib:

“Etdiyim səhvlərdən məyus oldum? Bəli. Ancaq təkcə mən yox, oyunçular da, azarkeşlər də. Biz çox səhv etmirik və belə bir şey olarsa, futbolçular vəziyyəti düzəltməyə çalışırlar. Mən bunu “Fulhem”lə matçda gördüm”.

“Liverpul” – “Fulhem” matçı dünən İngiltərənin paytaxtı Londondakı “Craven Cottage” stadionunda baş tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button