
Slot: “Burada “Aston Villa”ya qarşı oynamağın nə qədər çətin olduğunu hamı bilir”
“Liverpul”un baş məşqçisi Arne Slot “Aston Villa” ilə heç-heçə (2:2) bitən oyun haqda fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı bu mövsüm nəyəsə nail olmaq istədiklərini bildirib:
“Komandanın gücünü və azarkeşlərin verdiyi dəstəyi nəzərə alsaq, burada “Aston Villa”ya qarşı oynamağın nə qədər çətin olduğunu hamı bilir. Bu mövsüm nəyəsə nail olmaq istəyirik, bunun üçün hər şeyimiz var. Amma bəzi matçlarda layiq olduğumuzu ala bilmədik. İkinci hissədə yaradılan şansların sayına baxa bilərsiz. Paltardəyişmə otağında bir oyunçu var ki, o, mütləq özünü pis hiss edir. Bilirsiz kim olduğunu”.
“Qırmızılar” bu matçda qalib gələ bilmədiklərinə görə “Arsenal” üzərində 10 xal fərqi əldən veriblər.
Bizi Facebook-da izləyin