
Slotdan “Liverpul”dan ayrılacağı gözlənilən futbolçu haqda açıqlama
“Liverpul”un baş məşqçisi Arne Slot komandanın müdafiəçisi Trent Aleksander-Arnoldun gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hələlik heç bir xəbərin olmadığını bildirib:
“Hansısa bir xəbər çıxsa, siz jurnalistlər hamınız birlikdə eşidəcəksiz”.
26 yaşlı futbolçunun mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq. Onun “Real”a keçəcəyi gözlənilir. Aleksander-Arnold bu mövsüm bütün turnirlərdə 41 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



