Slimani yenidən Liqa 1-də

Fransanın “Brest” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1-in yeni təmsilçisi hücumçu İslam Slimani və yarımmüdafiəçi Mahdi Kamaranı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kamara “Sent Etyen”dən mövsümün sonuna kimi icarəyə götürülüb. O, yeni komandasında 45 nömrəli formanı geyinəcək. “Sent Etyen”in öz yetirməsi olan 24 yaşlı fransız, daha öncə “Laval”da da icarədə olub.

Slimani isə Portuqaliyanın “Sportinq” klubundan transfer olunub. 34 yaşlı futbolçu yeni klubuna azad agent kimi keçib və 1+1 illik müqaviləyə imza atıb. O, Liqa 1 təmsilçisində 13 nömrəli formada çıxış edəcək.

İslam Slimani “Sportinq”ə bu ilin əvvəlində Lion “Olimpik”indən azad agent kimi keçmişdi. O, Portuqaliya klubunda 12 oyuna çıxıb, 4 qol vurub. Təcrübəli forvard daha öncə “Monako”, “Fənərbaxça”, “Nyukasl”, “Lester” kimi klublarda da çıxış edib. Əlcəzair yığmasında 87 oyuna 40 qol vurmuş futbolçu, ölkəsində “Çeraqa” və “Beluizdad” klublarının da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button