
Kontedən çempionluq şərhi
“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya A Seriyasında bu mövsüm qazanılan çempionluq barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis skudettonun inanılmaz bir şey olduğunu bildirib:
“Skudetto – bu, inanılmaz bir şeydir. Azarkeşlərimizi məyus etməyə haqqımız yox idi. Çempionat maraqlı keçdi. Uşaqlar bu titulu tamamilə haqq etdilər. Bu, gözlənilməz və gərgin bir səyahət oldu”.
“Napoli” İtaliya çempionatının son turunda “Kalyari”ni 2:0 hesabı ilə məğlub edərək tarixində 4-cü dəfə A Seriyasını qalib kimi tamamlayıb. İkinci yeri isə “İnter” tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



