
PSJ-nin müdafiəçisinin “Fənərbaxça”ya keçidinin detalları məlum olub
PSJ müdafiəçisi Milan Skrinyarın “Fənərbaxça”ya transferinə razılıq verib. Keçidin dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.
Hazırda 30 yaşlı futbolçu Parisə qayıdıb və PSJ-nin 21 yaşadək futbolçulardan ibarət komandası ilə məşq edir.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki, Skrinyar Paris klubundan ayrılma qərarı gözlədiyi üçün oteldə qalır və məşqlərə taksi ilə gedib-gəlməyə məcbur olur.
Daha əvvəl bildirilmişdi ki, tərəflər slovakiyalı futbolçunun icarədən sonra tam transferi ilə bağlı razılığa gəlib. Skrinyarın “Fənərbaxça” ilə 4 illik müqavilə imzalayacağı və mövsümlük 7,5 milyon avro maaş alacağı gözlənilir. Onun Türkiyə klubuna keçidi baş məşqçi Joze Mourinyo ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.
Son saatlarda tərəflər razılığa gəlib və PSJ rəhbərliyi yaxın bir həftə ərzində Skrinyarın satılacağını gözləyir.
Bizi Facebook-da izləyin