
Slovakiyalı futbolçu PSJ-ni İtaliya klubuna dəyişməyə hazırdır
PSJ-nin müdafiəçisi Milan Skrinyar karyersını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, slovakiyalı futbolçu ilə “Yuventus” maraqlanır.
Turin klubu zədəli müdafiəçisi – braziliyalı Qleyson Bremerin yerinə Skrinyarı nəzərdən keçirir. Futbolçunun özü PSJ-də oyun vaxtından məhrum olduğu üçün komandanı dəyişməyə hazırdır.
29 yaşlı müdafiəçi cari mövsümdə cəmi 3 matçda iştirak edib. Onun PSJ ilə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir. O, daha əvvəl İtaliyada “İnter”in formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin