
Skrinyar “Fənərbaxça”da
“Fənərbaxça” PSJ-nin futbolçusu Milan Skrinyarın birdəfəlik trasferini rəsmiləşdirib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
İstanbul təmsilçisi bu keçidə görə Paris klubuna 7 milyon avro ödəyəcək.
Skrinyar ötən mövsüm icarə əsasında “Fənərbaxça”da oynayıb. O, Super Liqada 16 matçda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



