PSJ-nin futbolçusu narazıdır – Klubunu dəyişəcək

PSJ-nin müdafiəçisi Milan Skrinyar klubdakı hazırkı mövqeyindən narazıdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, slovakiyalı futbolçu baş məşqçi Luis Enrikenin ehtiyat oyunçusudur və qış transfer pəncərəsində komandadan ayrılmağı düşünür.

Skrinyar yanvarda İtaliya A Seriyasına qayıda bilər, lakin uzun müddət oynadığı “İnter”ə deyil. Onun “Yuventus”un heyətində yenidən İtaliya çempionatında çıxış etmək imkanı var. O, yəqin ki, yanvarda Tiaqo Mottanın baş məşqçisi olduğu klubla müqavilə imzalayacaq.

Skrinyar 2023-cü ilin yayında azad agent kimi “İnter”dən PSJ-yə keçib. 29 yaşlı müdafiəçi bu mövsüm start heyətində yerini itirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button