
Skoulzla “axirət sorğu-sualı”
“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz qısa sual-cavab formatında keçirilən sorğuda iştirak edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hazırda və tarix boyu müxtəlif mövqelərdə ən yaxşı futbolçuların adlarını qeyd edib:
– Hazırkı dövrün ən yaxşı qapıçısı?
– “Liverpul”un qapıçısı Alisson Bekker.
– Bütün dövrlərin ən yaxşı qapıçısı?
– Peter Şmeyxel.
– Hazırda ən yaxşı müdafiəçi?
– Vircil van Dayk.
– Bütün dövrlərin ən yaxşı müdafiəçisi?
– Rio Ferdinand.
– Hazırda ən yaxşı yarımmüdafiəçi?
– Kevin De Bruyne.
– Bütün dövrlərin ən yaxşı yarımmüdafiəçisi?
– Zinədin Zidan.
– Hazırkı dövrün ən yaxşı cinah oyunçusu?
– Vinisius Junior.
– Bütün dövrlərin ən yaxşı cinah oyunçusu?
– Mən Kriştiano Ronaldonu qeyd edərdim.
– Hazırda ən yaxşı hücumçu?
– Kilian Mbappe.
– Bütün dövrlərin ən yaxşı hücumçusu?
– Messi hücumçudur? Bəli, mən Messini qeyd edərdim.
Bizi Facebook-da izləyin



