Skoulz mövsümün oyunçusu seçilən futbolçunu tənqid etdi

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz “Çelsi”nin futbolçusu Moyzes Kaysedonun çıxışını tənqid edib.

Komanda.az “Overlap Fan”-a istinadən xəbər verir ki, o, çoxunun Kaysedodan danışdığını bildirib:

“Çoxu Kaysedodan danışır, onun Premyer Liqada bütün 38 oyunda iştirak etdiyini qeyd edir. Bəli, amma bu çıxışda keyfiyyət var idi? O, çox sayda epizod yaratdı? Oyunun axarını dəyişdi? Mən belə şeyləri xatırlamıram.

Hesab edirəm ki, yarımmüdafiəçilər üçün elə bir dövr gəlib ki, sadəcə çox oyun oynamaq kifayətdir. Amma bu, mütləq fayda verdikləri anlamına gəlmir”.

23 yaşlı Kaysedo “Çelsi”nin azarkeşləri və futbolçuları tərəfindən mövsümün oyunçusu seçilib. O, bu mövsüm bütün turnirlərdə 45 matçda oynayıb, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button