
Skoulza görə dünyanın ən yaxşı 5 yarımmüdafiəçisi
“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz hazırda dünyada ən yaxşı beş yarımmüdafiəçinin adını açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sıralamasına “Barselona”nın futbolçusu Pedri başçılıq edir.
Skoulz ikinci yeri “Mançester Siti”nin oyunçusu Rodri, üçüncü yeri isə PSJ-nin futbolçusu Vitinya ilə tamamlayıb.
Dördüncü və beşinci yerləri isə “Liverpul”un futbolçusu Aleksis Makallisterlə “Barselona”nın üzvü Frenki de Yonq tutub.
Skoulz bütün futbolçu karyerasını “Mançester Yunayted”də keçirib. Sabiq yarımmüdafiəçi “qırmızı şeytanlar”ın heyətində 700-dən çox oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



