Skoulz “Mançester Yunayted”in futbolçusunu poniyə bənzətdi

“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz cinah oyunçuları Antoni və Ceydon Sançonun oyunu, “qırmızı şeytanlar”ın müdafiə xətti haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Skoulz, Antonini hiyləgər poniyə bənzədib:

“Antoni hiyləgər poniyə (kiçik at) bənzəyir. O, həmişə topu ayağında saxlayır, geri və ya yan ötürmə edir, ya da, sadəcə vurur. Düşünürəm ki, o, inkişaf etməlidir.

Sanço? Onun həqiqətən də, anlaşması üçün sol cinah müdafiəçisi və ya mərkəz hücumçusu kimi sürətli partnyora ehtiyacı var və hazırda onlar yoxdur. Həm də, mən “Mancester Yunayted”in arxa dördlüyünün təkbətək oyunda kifayət qədər yaxşı olduğunu düşünmürəm”.

“Mançester Yunayted” bu mövsüm Premyer Liqada 7 oyundan sonra 12 xalla altıncı yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button