Skoulzu məyus edən futbolçu
“Mançester Yunayted”in keçmiş yarımmüdafiəçisi Pol Skoulz komandanın hücumçusu Rasmus Hoylundun oyunundan razı deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Hoylunda görə bir az məyus olduğunu bildirib:
“Hoylunda görə bir az məyus oldum. Düşünürəm ki, ona inanan baş məşqçisi olanda təkmilləşəcək və daha yaxşı oynayacaq. Amma mən demirəm ki, hazırkı baş məşqçi Rud Van Nistelroy ona inanmır”.
Danimarkalı forvard “qırmızı şeytanlar”ın heyətində Avropa Liqasında Yunanıstan PAOK-u ilə matça (2:0) start heyətdə başlasa da, önəmli heç nə ilə yadda qalmayıb.
21 yaşlı futbolçu cari mövsümdə “Mançester Yunayted”in heyətində 11 oyunda 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin