Skoulz da Ten Haqı tənqid etdi

İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz komandanın baş məşqçisi Erik ten Haqın işini tənqid edib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingiltərli keçmiş futbolçu “Mançester Yunayted”in zəif hazırlıqlı komanda kimi göründüyünü bildirib:

“Düşünürəm ki, oyunçular hələ də baş məşqçinin onlardan nə istədiyini anlamırlar. Zəif hazırlıqlı komanda kimi görünürlər. Onların oyununu izləmək çətindir. Ten Haq iki ildir məşq keçir, amma heç bir irəliləyiş görmürəm. Digər yüksək səviyyəli Premyer Liqa klubları irəliləyir, lakin “Mançester Yunayted” geriləyir”.

“Qırmız şeytanlar” İngiltərə Premyer Liqasının 6 turundan sonra 7 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button