Skolari yenidən məşqçiliyə qayıtdı
Əfsanəvi braziliyalı mütəxəssis Luis Felipe Skolari baş məşqçi karyerasını bərpa edib.
Komanda.az xəbər verir ki, o, yenidən ölkəsində fəaliyyət göstərəcək.
74 yaşlı məşqçi “Atletiko Mineyro”nu sükanı arxasına gətirilib. Skolari adıçəkilən klubla 2024-cü ilin sonuna qədər müqavilə imzalayıb.
Xatırladaq ki, Skolari 2022-ci ilin noyabrında “Atletiko Paranaense”dən ayrılmış və məşqçilik karyerasını başa vurduğunu açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin