“Vinisius həqiqətən də “qızıl top”a layiqdir” – Skolari

Braziliya millisinin sabiq çalışdırıcısı Luis Felipe Skolari “qızıl top” mükafatına layiq oyunçu ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssis “Real”ın futbolçusu Vinisius Juniorun həqiqətən də “qızıl top”a layiq olduğunu bildirib:

“Vinisius həqiqətən də “qızıl top”a layiqdir. Bu mükafat üçün bir oyunçu seçə bilsəydim, onu seçərdim”.

Braziliyalı futbolçu klub səviyyəsində əla mövsüm keçirib. O, “Real”la İspaniya çempionluğunu və Çempionlar Liqasını qazanıb.

Hazırda “qızıl top” uğrunda mübarizənin favoriti Vinisius hesab edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button