Skolari Braziliya klubundan ayrıldı – Rəsmi

“Atletiko Mineyro”nun baş məşqçisi Luis Felipe Skolari istefa verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər qarşılıqlı razılıq əsasında müqaviləni ləğv ediblər. 

Əməkdaşlığın dayandırılmasının səbəbləri hələlik açıqlanmır. 

75 yaşlı mütəxəssis 2023-cü ilin iyunundan “Atletiko Mineyro”nu çalışdırırdı. Mineiro Liqasında “Atletiko” turnirin finalına yüksəlib və burada “Kruzeyro” ilə qarşılaşacaq. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button