“Şkendiya”nın baş məşqçisindən “Qarabağ” haqda açıqlama

Şimali Makedoniyanın “Şkendiya” komandasının baş məşqçisi Jeton Beqiri “Qarabağ”la oyunlar haqda danışıb.

Komanda.az xəbər verir ki, o, bu barədə fikirlərini Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin FCSB-yə qarşı səfər matçından (2:1, ilk oyun 1:0) sonra bildirib. 43 yaşlı mütəxəssis mətbuat konfransında belə deyib:

“Növbəti rəqibimiz olan “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq. Bu, FCSB kimi ciddi və yaxşı təşkilatlanmış bir komandadır. Mənim və futbolçularım üçün əsas məsələ formamıza hörmətlə yanaşıb maksimum gücümüzü sərf etməkdir. Sonrasını meydandakı oyun göstərəcək”.

“Şkendiya” ilə “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində qarşılaşacaq. İlk matç avqustun 5-də Şimali Makedoniyada, cavab görüşü avqustun 12-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button