“Şkendiya” – “Qəbələ” matçının vaxtı və yeri dəqiqləşdi

“Qəbələ”nin UEFA Gənclər Liqasının 1/32 final mərhələsində keçirəcəyi oyunun yeri və vaxtı dəqiqləşib.

Komanda.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşması martın 4-də baş tutacaq.

Matç Bakı vaxtı ilə saat 16:30-da start götürəcək. Qarşılaşma Şimali Makedoniya Futbol Federasiyasının Skopyedəki təlim-məşq mərkəzində keçiriləcək.

UEFA Gənclər Liqası, Çempionlar yolu, 1/32 final

4 mart

16:30. Şkendiya – Qəbələ
Skopye. Şimali Makedoniya Futbol Federasiyasının Təlim-Məşq Mərkəzi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button