
Skaloni “Roma”da oynayan futbolçudan danışdı
Argentina millisinin baş məşqçisi Lionel Skaloni “Roma”nın cinah futbolçusu Matias Sulenin komandaya dəvət oluna biləcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, Suleni izlədiklərini deyib:
“Matias Sule bir çox digər gənc oyunçular kimi “radar”ımızdadır. Biz onu izləyirik. Matias bizimlə olub və biz onu gələcəkdə milli komandada görürük”.
22 yaşlı Sule Argentina millisinə cəmi bir dəfə, 2024-cü ilin sentyabrında çağırılıb. Lakin o, hələ komandada debüt etməyib.
Futbolçu bu mövsüm “Roma”nın heyətində 8 oyunda 3 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



