“Messi hətta ehtiyat oyunçular skamyasında qala bilər” – Skaloni
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Peru yığması ilə oyun öncəsi hücumçu Lionel Messinin fiziki hazırlığı ilə bağlı sualı cavablandırıb.
Komanda.az ESPN nəşrinə istinadən xəbər verir ki, baş məşqçi, futbolçunun hansı mövqedə çıxış edəcəyinin yaxın günlərdə bəlli olacağını bildirib:
“Onun vəziyyətini müəyyən etmək üçün yaxın günlərdə danışacağıq. Meydanda daha çox dəqiqə keçirməyə çalışmaq üçün daha bir neçə məşqi var. Hazırda heç bir variantı istisna etmirəm. O, əvvəldən oynaya bilər, əvəzedici kimi meydana çıxa bilər və ya hətta ehtiyat oyunçular skamyasında qala bilər”.
Peru – Argentina matçı oktyabrın 18-nə keçən gecə baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin