Skaloni: “O, şübhəsiz ki, bizimlə olacaq”

Argentina yığmasının baş məşqçisi Lionel Skaloni yarımmüdafiəçi Alexandro Qarnaçonun Amerika kubokunda komandada çıxış edib-etməyəcəyinə cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı, onun şübhəsiz ki, komandayla birlikdə olacağını bildirib:

“Mən zəmanət verə bilərəm ki, Qarnaço Amerika kuboku üçün son heyətə düşəcək. O, şübhəsiz ki, bizimlə olacaq”.

Qarnaço İngiltərə Premyer Liqasının son mövsümündə 7 qol vurub, 4 məhsuldar ötürmə verib. 19 yaşlı futbolçu ötən mövsüm “Mançester Yunayted”in əsas oyunçularından biri olub və komandanın İngiltərə kubokunu qazanmasına kömək edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button