Skaloni Kolumbiyaya məğlubiyyətdən danışdı
Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın seçmə mərhələsində Kolumbiyaya məğlubiyyəti (1:2) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı yaxşı oyun göstərdiklərini bildirib:
“Yaxşı oyun göstərdik. Komandamın oyununda mövcud olan problemləri həll etməliyik. Penalti zərbəsinə gəlincə, hakim bütün epizodu əvvəldən görməli idi”.
Bu görüşdən sonra Argentina millisi 18 xalla turnir cədvəlinin 1-ci pilləsini tutmaqda davam edir. Kolumbiya yığması 16 xal toplayıb və 2-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin