Skaloni: “İnsanların bu andan həzz almasını istəyirəm”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasının DÇ-2026-nın seçmə mərhələsində Braziliya ilə oyunda (4:1) qazandığı uğuru şərh edib.

Komanda.az “AlbicelesteTalk”-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı insanların bu anlardan həzz almasını istədiyini deyib:

“İnsanların bu andan həzz almasını istəyirəm. Bunun nə qədər davam edəcəyini bilmirəm, amma nə vaxtsa hər şey dəyişəcək. Ümid edirəm ki, bu, uzun müddət davam edəcək. Amma hələlik gəlin bu oğlanların oyunlarından həzz alaq”.

Argentina millisi DÇ-2026-ya vaxtından əvvəl vəsiqə qazanıb. Hazırkı dünya çempionları 14 turdan sonra 31 xalla seçmə mərhələnin qrup cədvəlinə başçılıq edir. Braziliyalılar 21 xalla dördüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button