Skaloni ilə bağlı qərar verildi
Argentina Futbol Assosiasiyası millinin baş məşqçisi Lionel Skaloni haqda qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, qurumun prezidenti Klaudio Tapia 44 yaşlı mütəxəssisin komandada qalmasını qərara aldıqlarını deyib:
“Skalonini təyin etdiyimiz vaxt məni dəli adlandırırdılar. İnsanların 99 faizi deyirdi ki, başımız işləmir. Amma argentinalılar indi onunla fəxr edirlər. Ümid edirəm ki, Skaloni millinin baş məşqçisi olaraq qalacaq. Bizim bu barədə qərarımız qətidir”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Bizi Facebook-da izləyin