Millinin baş məşqçisi 15 illik müqaviləyə razıdır

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Amerika kubokunun finalında Kolumbiya yığmasını məğlub etdikdən (1:0) sonra gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha 15 il də bu komandada qala biləcəyini söyləyib:

“Müqaviləmin müddəti daha iki ildir. Federasiya prezidentinə deməliyəm ki, mənə 15 illik müqavilə təklif etsin və mən onu imzalayacam”.

Argentina millisi Lionel Skaloninin rəhbərliyi altında ardıcıl ikinci dəfə Amerika kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button