
Amorim: “Mətbuat Hoylunda qarşı çox sərt idi”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim futbolçu Markus Reşfordun son çıxışı barədə fikirlərini bölüşüb.
İngiltərəli futbolçu icarə əsasında çıxış etdiyi “Barselona”nın heyətində UEFA Çempionlar Liqasının “Nyukasl”a qarşı oyununda dubl edib və kataloniyalılara 2:1 hesablı qələbə qazandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki Amorim onunla bağlı bunları deyib:
“Rasmus Hoylund da “Napoli”nin heyətində qol vurdu və mən buna görə sevinirəm. Eyni şey Reşforda da aiddir. Siz (mətbuat) Hoylunda qarşı çox sərt idiz, amma o da qol vurmağı bacardı. Gəlin, bunu da unutmayaq”.
Reşford Amorimin planlarında yer almırdı və ötən mövsümün ikinci yarısını icarə əsasında “Aston Villa”da keçirib. Hazırda isə o, “Barselona”ya icarəyə verilib.
Bizi Facebook-da izləyin



