“Siz mənim gücümü heçə sayırsız? Məni özünüzə lazımsız hesab edirsiz?”
Keçmiş futbolçu Kolo Ture İngiltərə Premyer Liqasının 33-cü turunun sabah keçiriləcək “Mançester Siti” – “Arsenal” oyunu haqda fikir bildirib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, “Mançester Siti”nin keçmiş futbolçuları Aleksandr Zinçenko və Qabriel Jesusdan söz açıb:
“Zinçenko və Jesus həmin qarşılaşmada “Mançester Siti”yə onları buraxaraq nə qədər böyük bir səhvə yol verdiklərini göstərə biləcək gücə sahib futbolçulardır.
Jesus Erlinq Halanda baxaraq, “Mənim yerimə bu futbolçunu transfer etdilər. O, super oyunçudur, amma onlara gücümü göstərəcəm” deyə bilər.
Zinçenkonun isə “Siz mənim gücümü heçə sayırsız? Məni özünüzə lazımsız hesab edirsiz? Sizə sübut edəcəyəm ki, heyətinizdə olan futbolçulardan daha yaxşıyam” fikrini söyləmək ehtimalı var.
Sizi inandırım ki, Zinçenko indi “Mançester Siti”yə zərbə vurmaq üçün “Arsenal” futbolçularını bir araya toplayır”.
Xatırladaq ki, braziliyalı hücumçu və ukraynalı müdafiəçi keçən ilin iyulunda “Mançester Siti”dən “Arsenal”a keçib.
Bizi Facebook-da izləyin