Keyndən Sautqeytə: “Siz İngiltərənin ən yaxşı məşqçilərindən birisiz”

İngiltərə millisinin hücumçusu Harri Keyn Qaret Sautqeytin yığmanın baş məşqçi postundan getməsinə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu Sautqeytə təşəkkür edib:

“Boss, mənim və komandamız üçün etdiyiniz hər şeyə görə təşəkkür edirəm. Siz İngiltərənin ən yaxşı məşqçilərindən birisiz, bu komandada kapitan sarğısını taxmaq çox xoş idi. Siz bizi birləşdirdiz və yenidən inandırdız. Çox parlaq anlar olub, bu xatirələr yaddaşımızda əbədi qalacaq. Gələcəkdə uğurlar”.

İngiltərə yığması 2024-cü il Avropa çempionatının finalında İspaniyaya 1:2 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button