“Siz artıq hər şeyi bilirsiz” – Mbappenin anası

PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappenin anası oğlunun növbəti klubu ilə bağlı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yalnız bunu deyib:

“Siz artıq hər şeyi bilirsiz”.

Daha əvvəl Mbappe cari mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlayıb. Hücumçu komandadan azad agent kimi ayrılacaq. Fransalı futbolçunun karyerasını “Real”da davam etdirəcəyi gözlənilir. Tərəflər 5 illik müqavilə imzalamağa yaxındırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button