“Sizə söz verirəm ki…” – Tərlan Əhmədov

“Kəpəz” klubu bu gün yeni baş məşqçisi Tərlan Əhmədovun təqdimatını keçirib.

Komanda.az xəbər verir ki, Əhmədov, təqdimat mərasimində yeni komandası ilə bağlı fikirlərini bildirib:

“Gəncə şəhərində futbol ənənəsi var, şəhər futbolla yaşayır. Bura Azərbaycanın ən çox futbolçu yetişdirdiyi şəhərdir. Hamımız birlikdə çalışmalıyıq ki, bu adət-ənənə geri qayıtsın. Hər halda, mən də bilirəm ki, uzun müddətdən sonra Premyer Liqaya qayıdan komandada hansı çatışmazlıqlar var. Amma bunlar bizim üçün bəhanə olmamalıdır. Biz öz işimizi görməliyik. Yaxşı nəticələr qazanıb, komandanın uğurunu, keçmişini özünə qaytarmalıyıq. Bir neçə demişəm ki, mənim sehirli çubuğum yoxdur. Hamılıqla – Gəncə şəhər İcra Hakimiyyəti, klubun idarə heyəti, veteranlar, fanatlar – birlikdə bu komandanı qaldırmalıyıq. Birdən-birə heç bir uğur olmur. Amma sizə söz verirəm ki, zamanla komandada yaxşı dəyişiklikləri görəcəksiz. Bunun üçün görüləcək işlərimiz həddindən artıq çoxdur”.

“Kəpəz” Azərbaycan Premyer Liqasının yeni mövsümündə keçirdiyi beş oyunun hamısında uduzub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button