Siyasət Əsgərov: “Polşa bütün komponentlərdə bizi üstələdi”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Polşa yığması ilə qarşılaşıb.

Komanda.az xəbər verir ki, polşalıların 5:0 hesablı qələbə qazandıqları qarşılaşmadan sonra hər iki yığmanın baş məşqçisi AFFA-nın rəsmi saytına açıqlama verib.

Siyasət Əsgərov (Azərbaycan milli komandasının baş məşqçisi): “Rəqibin gücünə əsasən, oyunun çətin keçəcəyini gözləyirdik. Bilirdik ki, Polşa millisi oyunu meydanın bizə aid hissəsində keçirəcək. Buna hazır idik. Oyunumuzu məhz bunun üzərində qurmuşduq. Əks-hücumlarda istəyimizə çatmaq istəyirdik. Oyunun əlavə vaxtında buraxdığımız qollar bizim üçün yaxşı hal deyil. Gənc komandayıq. Bu cür beynəlxalq oyun təcrübəmizin olmaması özünü büruzə verdi. Rəqib isə illərdi DÇ-nin, AÇ-nin seçmə mərhələsində iştirak edir. Biz isə ilk dəfədi seçmə mərhələdə mübarizə aparırıq. Polşa komandası bütün komponentlərdə bizi üstələdi və qələbə qazandı”.

Miloş Stepinski (Polşa milli komandasının baş məşqçisi): “Oyundan əvvəl müəyyən qorxumuz olsa da, nümayiş etdirdiyimiz futbol və əldə etdiyimiz nəticəyə görə çox xoşbəxtik. Son dəqiqəyədək 2:0 hesabı ilə irəlidəydik. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrində daha 3 qol vurmağa müvəffəq olduq. Xüsusən, əks-hücum zamanı vurduğumuz 3-cü qol Azərbaycan yığmasını bir qədər ruhdan saldı. Yeri gəlmişkən, yüksək qonaqpərvərliyə görə təşkilatçılara təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button