Siyasət Əsgərov Türkiyə klubundan ayrıldı

Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov Türkiyənin “Fomget” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə Türkiyə klubu məlumat yayıb.

Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Komandanı bundan sonra Əsgərovun köməkçisi çalışdıracaq. Klub mütəxəssisə əməyinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, “Fomget” Əsgərovun rəhbərliyi altında Türkiyə Qadınlar Superliqasının son mövsümünün çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button