
“Sivassspor”un prezidentindən Azərbaycana dəstək
Türkiyənin “Sivasspor” klubunun prezidenti Mecnun Otyakmaz Azərbaycana dəstək olub.
Komanda.az xəbər verir ki, 55 yaşlı funksioner bu barədə Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda evdə “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bildirib.
Otyakmaz Azərbaycanın Türkiyə ilə dost və qardaş ölkə olduğunu söyləyib: “Azərbaycanın mübarizəsində daim onlarla birlikdəyik. Allah ədalətli olanın və haqlının yanındadır. “Qarabağ” klubuna da uğurlar arzulayıram”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin