“Sivasspor”un futbolçuları yenidən koronavirusa yoluxdu

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubunda daha üç nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandadan dünən götürülən testlərdə bir futbolçunun, həmçinin daha əvvəl koronavirusa yoluxub, karantin müddətini tamamlayan iki oyunçunun nəticəsi pozitiv olub. Hər üç futbolçu karantinə alınıb.

“Sivasspor” Avropa Liqasında qrup mərhələsinin sonuncu turu çərçivəsində sabah səfərdə “Makkabi” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button