“Sivasspor”un 3 futbolçusu “Qarabağ”la matçı buraxacaq

Türkiyənin “Sivasspor” klubunun 3 futbolçusunun Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Azərbaycan çempionu “Qarabağ”la oyunu buraxacağı dəqiqləşib.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Rıza Çalımbay bu gün baş tutan mətbuat konfransında məlumat verib.

57 yaşlı mütəxəssis bildirib ki, Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliksin oynamayacağı dəqiqdir.

Marselo Qoyano və Erdoğan Yeşilyurtun durumu isə bəlli deyil.

Qeyd edək ki, noyabrın 5-də “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək “Sivasspor” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button